Bazar ertəsi - Cümə günləri 09:00 - 18:00
Ünvan:Caspian Plaza, Cəfər Cabbarlı küçəsi, 44, Bakı AZ1065, Azərbaycan

ASCO-nun 50 milyon dollarlıq istiqraz emissiyası uğurla həyata keçirilib

Fevral 26, 2024
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən buraxılan, hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 23 fevral 2024-cü il tarixində uğurla başa çatıb.“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 8 hüquqi və 35 fiziki olmaqla, 43 investor tərəfindən verilib. Yerləşdirmədə bir istiqraz üzrə qiymət 1 000 (min) ABŞ dolları təklif edilməklə, 43 sifariş təqdim olunub. Sifarişlərin ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 45,233,000.00 ABŞ dolları (90.47 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 4,757,000.00 ABŞ dolları (9,53 %) olub.

Xatırladaq ki, ASCO tərəfindən təklif olunan istiqrazlara abunə yazılışı 18 dekabr 2023-ci il tarixindən 23 fevral 2024-cü il tarixinə qədər davam edib.

Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazları abunə yazılışı dövründə əldə bilməyən şəxslər təkrar bazardan əldə edə bilər.

ASCO istiqrazları üzrə faiz (kupon) ödənişləri 23 fevral 2024-cü il tarixindən hesablanmağa başlayacaq və ildə iki dəfə 6 aydan bir ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
EmitentAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
AnderrayterPAŞA Kapital İnvestisiya Şirkəti QSC
ASCO İSTİQRAZLARI
Bizi sosial şəbəkələrdə izləyin
EmitentAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
AnderrayterPAŞA Kapital İnvestisiya Şirkəti QSC
ASCO İSTİQRAZLARI
Bizi sosial şəbəkələrdə izləyin

‘Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’ QSC | Bütün hüquqlar qorunur | © 2023

‘Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’ QSC | Bütün hüquqlar qorunur | © 2023