“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Bakı Fond Birjasında “Açılış Zəngi” tədbiri keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova bildirib ki, 2022-ci ildə AMB 33 emissiya prospektini dövlət qeydiyyatına alıb və bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir: “2023-cü...
Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb. ASCO tərəfindən emissiya edilən hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları...
Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə uyğun olaraq, 2023-cü il fevralın 1-dən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavülə buraxdığı “ASCO istiqrazları” üzrə faiz gəlirləri fiziki şəxslər üçün 5 il müddətinə gəlir vergisindən azaddır.Beləliklə, siz dollarda illik gəliri 6% təşkil edən, 5 il müddətli “ASCO istiqrazları”nı əldə etməklə daha çox qazanc əldə etmiş olacaqsınız. Odur ki,...