Bazar ertəsi - Cümə günləri 09:00 - 18:00
Ünvan:Caspian Plaza, Cəfər Cabbarlı küçəsi, 44, Bakı AZ1065, Azərbaycan

“ASCO istiqrazları” üzrə ilk faiz ödənişi həyata keçirilib

Sentyabr 7, 2023
Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə ilk kupon ödənişi olub.

İstiqraz sahiblərinə ümumilikdə 3 milyon ABŞ dolları həcmində faiz ödənişi edilib. Bu vəsait investorların bank hesablarına artıq köçürülüb.

Ümumi dəyəri 100,000,000 ABŞ dolları, hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan”ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.

“ASCO istiqrazları”na abunə yazılışı 29 dekabr 2022-ci il tarixindən başlayıb və 28 fevral 2023-cü ilədək davam edib.

İstiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldilib. Eyni zamanda, istiqrazlar ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
EmitentAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
AnderrayterPAŞA Kapital İnvestisiya Şirkəti QSC
ASCO İSTİQRAZLARI
Bizi sosial şəbəkələrdə izləyin
EmitentAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
AnderrayterPAŞA Kapital İnvestisiya Şirkəti QSC
ASCO İSTİQRAZLARI
Bizi sosial şəbəkələrdə izləyin

‘Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’ QSC | Bütün hüquqlar qorunur | © 2023

‘Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’ QSC | Bütün hüquqlar qorunur | © 2023