Bazar ertəsi - Cümə günləri 09:00 - 18:00
Ünvan:Caspian Plaza, Cəfər Cabbarlı küçəsi, 44, Bakı AZ1065, Azərbaycan

“ASCO istiqrazları”nı necə əldə etmək olar? – VİDEO

Dekabr 29, 2022

Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nominal dəyəri 1000 dollar olan, illik 6% gəlirli,  5 il müddətli “ASCO istiqrazları” təqdim olunub.

Bəs, istiqrazları hardan və necə əldə etmək olar? Bununla bağlı video hazırlanıb. Həmin videonu təqdim edirik.

Qeyd edək ki, həm fiziki, həm də hüquqi şəxslərin əldə edə biləcəyi istiqrazlar üzrə faiz ödənişi ildə iki dəfə 6 aydan bir həyata keçiriləcək.

İstiqrazları ilkin bazarla yanaşı, təkrar bazardan da almaq mümkündür.

ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri – PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir.

Yarandığı gündən hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlar sizin etibarlı alternativ investisiyanız olacaq.

Dollarda yüksək gəlirli maliyyə aləti olan və məhdud sayda tədavülə buraxılan istiqrazları əldə etməyə tələsin!

Ətraflı məlumat üçün ascoistiqraz.az saytına daxil ola və ya 1548 nömrəsinə zəng vura bilərsiniz.

ASCO istiqrazları – Uğurlu gələcəyə birgə yelkən açaq!

EmitentAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
AnderrayterPAŞA Kapital İnvestisiya Şirkəti QSC
ASCO İSTİQRAZLARI
Bizi sosial şəbəkələrdə izləyin
EmitentAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO)
AnderrayterPAŞA Kapital İnvestisiya Şirkəti QSC
ASCO İSTİQRAZLARI
Bizi sosial şəbəkələrdə izləyin

‘Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’ QSC | Bütün hüquqlar qorunur | © 2023

‘Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi’ QSC | Bütün hüquqlar qorunur | © 2023